Ru
10:44 / 12 Sentyabr 2025

Bütün nüvə materiallarımız dağıntılar altında qalıb - İrandan etiraf

Bütün nüvə materiallarımız dağıntılar altında qalıb -  İrandan etiraf
Eye

İsrail və ABŞ-nin zərbələrindən sonra ölkənin zənginləşdirilmiş bütün nüvə materialları nüvə obyektlərinin dağıntıları altında qalıb.

Bakupost.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, materialların vəziyyəti və onlara çıxış imkanları İranın Atom Enerjisi Təşkilatının mütəxəssisləri tərəfindən qiymətləndirilir:

"Qiymətləndirmə başa çatdıqdan sonra mütəxəssislər hesabat hazırlayacaq və bu sənəd Milli Təhlükəsizlik Şurasına təqdim olunacaq. Daha sonra Şura müvafiq qərar qəbul edəcək".

Qeyd edək ki, bir müddət əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi qurumun İrandan zənginləşdirilmiş uran ehtiyatları barədə məlumat almadığını bildirmişdi. Daha sonra isə Abbas Əraqçi ilə Rafael Qrossi İrana zərbələrdən sonra dayandırılmış əməkdaşlığın bərpası barədə saziş imzalayıb.


Şərhlər
  • Bəhrami

    Yaxın Qonşu İran dövləti,t exnoloji Məsul AEBA Rəhbəri R.Qrossi başda olmaqla, ətraf mühiti canlı insanları ilə uzun illər təhlükəyə məruz qoya biləcək *Bombardmançılar* kimi mümkün radiasion şüalanmadan heç nə danışmırlar? Qənatcil-Bombardman əmri verən sanki, *təzminatınızı verəcəm gedin şüalanın!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar