Ru
13:29 / 14 Oktyabr 2026

“BYD”dən yeni elektrikli sedan gəlir - FOTO

“BYD”dən yeni elektrikli sedan gəlir  - FOTO
Eye

Çinin avtomobil istehsalçısı “BYD” yeni elektrikli sedanı “Great Han” modelini yerli bazarda satışa çıxarıb. Avtomobil 1 008 kilometrə qədər yürüş məsafəsi və sürətli enerji doldurma texnologiyası ilə diqqət çəkir.

“Bakupost” xəbər verir ki, modelin başlanğıc qiyməti 235 900 yuan, təxminən 35 min dollardır. Avtomobil 102 kVt/saatlıq batareya ilə təchiz olunub. Arxa ötürücülü versiya 1 008 kilometr, tam ötürücülü variant isə 880 kilometrə qədər yürüş məsafəsi təklif edir.

“Great Han”ın ən güclü versiyası 764 at gücünə malikdir. Batareyanı 10%-dən 70%-ə 5 dəqiqəyə, 97%-ə isə 9 dəqiqəyə doldurmaq mümkündür.

Model həmçinin ağıllı sürüş yardımçıları, hava asqısı və arxa təkərlərin istiqamətini dəyişən sistemlə təchiz edilib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar