Ru
12:35 / 21 Oktyabr 2026

"BYD"nin yeni elektrikli avtomobili - Satış başladı

"BYD"nin yeni elektrikli avtomobili - Satış başladı
Eye

“BYD” şirkəti ikinci nəsil “Seagull” elektrikli avtomobilini Çində satışa çıxarıb. Modelin qiyməti təxminən 9800 və 14900 dollar arasında dəyişir.

“Bakupost” xəbər verir ki, yeni avtomobil beş nəfərlik salon, 15,6 düymlük ekran və yeni nəsil “Blade” batareyası ilə təchiz olunub. Yuxarı komplektasiyalarda lidar əsaslı sürücüyə yardım sistemi də mövcuddur.

Batareya tutumundan asılı olaraq, avtomobil sınaq dövrünə əsasən, bir enerji yükləməsi ilə 320 və ya 420 kilometr məsafə qət edə bilir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar