Əməkdar artist Cabir İmanovun vəfatından sonra onun şəxsi həyatı barədə məlumatlar yayılıb.
Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Məlumata görə, Cabir İmanov 2015-ci ildə ikinci dəfə ailə qurub. Onun həyat yoldaşı Zara İmanovadır.
Qeyd edək ki, mərhum aktyorun ilk evliliyindən iki qızı, ikinci evliliyindən isə iki oğlu (Cahangir və Süleyman) var.