Tanınmış idmançı və fitness məşqçisi, "Çaqayev" ləqəbi ilə tanınan Emin Babayev sosial şəbəkələrdə yayılan toydakı görüntüləri ilə gündəm olub.
Bakupost.az xəbər verir ki, idmançı Asiya ölkələrindən birində keçirilən məclisə dəvət alıb. Toy zamanı o, məşhur idman rəqsini məclis iştirakçıları ilə birlikdə təkrarlayıb.
Əyləncəli görüntülər qısa zamanda sosial mediada yayılaraq izləyicilərin marağına səbəb olub. Bir çoxları Emin Babayevin enerjisini və pozitiv çıxışını tərifləyib, bəziləri isə onun fərqli tərzini "idmanla əyləncənin birləşməsi" kimi qiymətləndirib.
Qeyd edək ki, "Çaqayev"in toydakı rəqsi son günlərin ən çox izlənilən videolarından biri olub.