ABŞ prezidenti Donald Trampın müttəfiqi Çarli Kirkə atəş açan şəxsin Yuta ştatının 22 yaşlı sakini Tayler Robinson olduğu üzə çıxıb.
Bakupost.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Qeyd olunur ki, şübhəli şəxs 31 yaşlı Kirkin olduğu çadırın təxminən 180 metrliyindəki təpədən atəş açıb.
Bildirilir ki, onun qatil olması atasının köməyi ilə üzə çıxıb. Məlumata görə, gənc oğlan cinayəti törətdiyini könüllü olaraq valideyninə etiraf edib, bundan sonra atası onu polisə təhvil verib.
Nəşr hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən təsdiq edir ki, Robinson bu səs-küylü cinayətdə əsas şübhəli şəxsdir.