Ru
20:15 / 08 İyul 2026

Çarukyan Paşinyana bunu təklif edibmiş...

Çarukyan Paşinyana bunu təklif edibmiş...
Eye

Ermənistanda oliqarx Qaqik Çarukyanla Baş nazir Nikol Paşinyan arasında vaxtilə şirlə bağlı yaşanan qalmaqal yenidən gündəmə gəlib.


"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, Çarukyan bir vaxtlar Paşinyana onun casusluq fəaliyyəti ilə bağlı ittihamlarını sübut edə bilməyəcəyi təqdirdə şəxsi zooparkındakı şirin qəfəsinə girməyi təklif edib.

Paşinyan isə cavabında Çarukyanın yaxın onillikləri qəfəsdə keçirməli olacağını bildirib.

Hazırda Çarukyan həbs olunub. Onun barəsində qanunsuz ov, təbiətə ziyan vurma və digər maddələrlə bağlı bir neçə cinayət işi açılıb. Hüquq-mühafizə orqanları onun iqamətgahında axtarış zamanı üç şir, bir pələng və çoxsaylı heyvan müqəvvaları aşkar edərək götürüblər.

Bundan əlavə, Çarukyana məxsus bir sıra müəssisələrin fəaliyyəti dayandırılıb. Bunlar arasında “Araratsement” zavodu, “Ararat” konyak zavodu, “Multi Stone” şirkəti, “Multi Wellness” fitnes mərkəzi və digər obyektlər var.

Paşinyan daha əvvəl Çarukyana məxsus bəzi əmlakların dövlətə qaytarılacağını açıqlayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar