Ru
17:46 / 14 Oktyabr 2025

Çatdırılma xidmətini aldatdı - 1095 dəfə pulsuz yemək yedi - FOTO

Çatdırılma xidmətini aldatdı - 1095 dəfə pulsuz yemək yedi - FOTO
Eye

Yaponiyada 38 yaşlı kişi böyük qida çatdırılması şəbəkəsinin xidmətində boşluq aşkar edib və iki il ərzində yediyi yeməyin müqabilində pul ödəmədiyi üçün dələduzluqda şübhəli bilinərək həbs edilib.

Bakupost.az xəbər verir ki, bu barədə " The South China Morning Post" yazıb.

Hadisə Ayçi prefekturasının Naqoya şəhərində baş verib. Nəşrin məlumatına görə, kişi iki il ərzində 1095 sifariş verib və hər dəfə ödənişdən yayınmağa nail olub. O, tətbiqdə təmassız çatdırılmanı seçib və hər dəfə guya sifarişin gəlmədiyini bildirib. Bundan sonra xidmət onun pulunu geri qaytarıb. Dələduzluğu həyata keçirmək üçün işsiz cinayətkar 124 müxtəlif hesabdan istifadə edərək proqrama daxil olub.

O, çoxlu sayda mobil kartlar alıb, hesabları uydurma adlar və ünvanlarla qeydiyyatdan keçirib və dələduzluq məqsədilə istifadə etdikdən sonra tez bir zamanda ləğv edib.

Saxlanılan şəxs etiraf edib ki, əvvəlcə maraq ucbatından bu üsula əl atsa da, sonradan dələduzluğa meyillənib.

Zaur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar