Səhiyyə Nazirliyinin müvafiq qurumu tərəfindən Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, 111A ünvanında yerləşən "Dokta" MMC-yə məxsus aptekdə aparılan yoxlama zamanı bir sıra nöqsanlar üzə çıxıb.
"Bakupost" Xitab24.az-a istinadən xəbər verir ki, yoxlama zamanı dərman vasitələrinin reseptsiz buraxılması faktları aşkar edilib.
Məlum olub ki, "Ademta 400 mq", "Lopista H50 mq/ 12,5 mq", "Eqiloq 25 mq", "Unirizin" adlı dərman vasitələri resept əsasında satılmalı olduğu halda, alıcılara reseptsiz təqdim edilib. Bundan başqa, yoxlama nəticəsində "Myocron (50mg, 5ml)" adlı dərman vasitəsinin saxlama şəraitinin pozulduğu da aşkar olunub.
Hər iki fakt üzrə İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə "Dokta" MMC inzibati qaydada cərimələnib.
Qeyd edək ki, "Dokta" MMC-nin millət vəkili Cavanşir Feyziyevə məxsus olmasına dair mətbuatda kifayət qədər materiallara rast gəlmək mümkündür. Araşdırmalar nəticəsində də sözügedən şirkətin deputata məxsus olduğu faktı daha öncə aşkarlanıb.
Sonzamanlar xəstəliklər çoxalıb.Apteklərdə mağazalardan çox adam olur və aptekdə olan dərmanların qiyməti mağazadakı qiymətlərdən qat qat bahadır. Mağazalarda 10 qəpiklik mal alsan belə çek verirlər və hər bir malın üzərində qiymət yazılır. Lakin apteklərdə nə malların üzərində qiymət var nə də çox yerdə çek verirlər.