Ru
19:41 / 24 Sentyabr 2026

Cəbrayılda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur təşkil edilib

Cəbrayılda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur təşkil edilib
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Cəbrayıl rayonunda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediatur təşkil edilib.

Bu barədə "Bakupost"a nazirlikdən məlumat verilib.

Mediatur iştirakçılarına işğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərlə bağlı icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib.

Bildirilib ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 12 minə yaxın şəxsin məşğulluğu təmin olunub. Onlardan 1051 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb.

Doğma yurdlarına qayıtmış vətəndaşlardan 598 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Media nümayəndələri özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar verilməklə Cəbrayıl rayon sakinləri Ətrabə Mirkişiyeva, Elbrus Cəfərli, İlham Həmidov və Bayram Əliyev üçün yaradılmış kiçik biznes sahələri ilə tanış olublar.

Proqram çərçivəsində verilmiş aktivlər hesabına Ə.Mirkişiyeva üçün un məmulatlarının istehsalı, E.Cəfərli üçün kişi bərbərxanası, İ.Həmidov üçün qəssab dükanı, B.Əliyev üçün isə avtomobil şinlərinin bərpası və təmiri xidmətləri zərfləri üzrə kiçik ailə təsərrüfatları qurulub.

Proqram iştirakçıları doğma yurdlarında fəaliyyət göstərməkdən qürur hissi keçirdiklərini, daim dövlətin dəstəyini hiss etdiklərini vurğulayıblar. Onlar öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Cəbrayıl rayonuna köçürülmüş sakinlərdən 2147 nəfər məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 93 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar