Ru
10:05 / 20 Avqust 2026

“Cek Sərçə” qayıdır?

“Cek Sərçə” qayıdır?
Eye

Hollivud ulduzu Coni Depp “Karib dənizinin quldurları” franşizasının altıncı filmində "Kapitan Cek Sərçə" obrazına qayıda bilər.

"Bakupost" Axşam.az-a istinadən xəbər verir ki, bu barədə franşizanın prodüseri Cerri Brukhaymer "D23" festivalında danışıb. O bildirib ki, hazırda aktyorla danışıqlar aparılır və filmin ssenarisi üzərində iş gedir.

“Coni ilə danışırıq, ssenari üzərində işləyirik və ümid edirik ki, bunu reallaşdıra biləcəyik” deyə, Brukhaymer bildirib.

Yeni film yalnız "Cek Sərçə"nin hekayəsinin davamı olmayacaq. Filmin əsas qəhrəmanı Marqo Robbinin canlandıracağı personaj olacaq. Deppin qəhrəmanı isə ikinci dərəcəli əsas obraz kimi təqdim ediləcək.

Beləliklə, yaradıcı heyət franşizanı yeni istiqamətdə inkişaf etdirməyi planlaşdırır.

“Karib dənizinin quldurları” seriyasının sonuncu filmi – “Ölülər nağıl danışmır” 2017-ci ildə ekrana çıxıb. Film dünya üzrə 795,9 milyon dollar gəlir əldə edib. Bu, franşizanın beş filmi arasında kommersiya baxımından ən zəif nəticədir.

Buna baxmayaraq, seriyanın ilk beş filmi ümumilikdə təxminən 4,5 milyard dollar gəlir gətirib.

Qeyd edək ki, Coni Depp daha əvvəl “Disney” ilə yaşadığı münaqişədən sonra Cek Sparrou roluna qayıtmaqda maraqlı olmadığını bildirmişdi. Brukhaymerin son açıqlaması isə aktyorun mümkün dönüşü ilə bağlı danışıqların yenidən başladığını göstərir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar