Ceki Çan 1998-ci ildə çəkildiyi “Mən kiməm?” filmindəki məşhur “binadan sürüşmə” səhnəsini Bakıda da təkrarlayıb.
“Bakupost” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
C.Çan bu dəfə sözügedən səhnəni Bakının simvollarından biri olan Heydər Əliyev Mərkəzinin üzərində təkrarlayıb.
Ceki Çanın Bakıda film çəkilişləri bir neçə gündür davam edir.