Ru
11:52 / 14 Avqust 2026

Ceki Çanın Bakıda çəkilən filmi nə vaxt ekranlara çıxacaq?

Ceki Çanın Bakıda çəkilən filmi nə vaxt ekranlara çıxacaq?
Eye

Məşhur aktyor Ceki Çanın baş rolda çəkildiyi “Tanrının zirehləri 4: Ultimatum” (“Armour of God IV: Ultimatum”) filminin çəkilişləri Bakıda da aparılır.

"Bakupost" xəbər verir ki, Çin-Qazaxıstan istehsalı olan macəra filminin çəkilişləri 2026-cı ilin iyulunda Qazaxıstanda başlayıb. Avqustun əvvəlindən isə filmin bəzi səhnələri Bakıda lentə alınır.

Bakıda çəkilişlər üçün İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl Teatr və Fəvvarələr meydanı kimi məkanlardan istifadə olunur.

Filmdə Ceki Çan məşhur “Asiya Şahini” obrazını canlandırır. Süjetə görə, xəzinə ovçusu təhlükəli missiyaya cəlb olunur. O, 20 milyon dollar mükafat vəd edilən “Tumar” adlı qədim artefaktın axtarışına çıxır.
Filmin rejissoru aksiyon səhnələrinin quruluşçusu, qazaxıstanlı Robert Kundur. Ekran əsərinin çəkilişlərinə Qazaxıstan aktyorları və kaskadyorları ilə yanaşı, Ceki Çanın kaskadyor komandası da cəlb olunub.

Məlumata görə, Bakıda çəkilişlərin təxminən 10 gün davam etməsi və avqustun 15-də başa çatması planlaşdırılır.

“Tanrının zirehləri 4: Ultimatum” filminin 2027-ci ilin ikinci rübündə ekranlara çıxması planlaşdırılır.

Filmin istehsalını Honq-Konqun Billion Target və Qazaxıstanın Salem Entertainment studiyaları həyata keçirir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar