Ru
19:56 / 16 Oktyabr 2026

Celal Çiftçi Azərbaycan xalqından üzr istədi

Celal Çiftçi Azərbaycan xalqından  üzr istədi
Eye

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan xalqından üzr istəyib.

"Bakupost" xəbər verir ki, o bu barədə "X" sosial media hesabında yazıb.

"Etdiyim paylaşımların qardaş Azərbaycan xalqında inciklik və kədər yaratmasına görə peşmanam. İstifadə etdiyim ifadələrin məqsədimi aşmasına görə Azərbaycan dövlətindən və Azərbaycan xalqından açıq və səmimi şəkildə üzr istəyirəm. Səmimi üzrümün qəbul edilməsini hörmətlə xahiş edirəm.

Fikirlərimi çatdırarkən istifadə etdiyim dilin doğura biləcəyi nəticələri daha diqqətlə qiymətləndirməli, özümü daha aydın və ehtiyatlı şəkildə ifadə etməli idim.

Azərbaycanın daxili işlərinə müdaxilə etmək, xalqı dövlətə qarşı təhrik etmək, ölkədə qarışıqlıq yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsini və ya konstitusiya quruluşunun zor gücünə dəyişdirilməsini istəmək kimi bir məqsədim əsla olmayıb və ola da bilməz. Dini nifrət, düşmənçilik və ya ayrı-seçkilik yaratmaq niyyətim də yoxdur. Mənə qarşı irəli sürülən bu istiqamətdəki ittihamları qəbul etmirəm",- C.Çiftçi bildirib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar