Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Anar adlı şəxs dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Nəticədə qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Şübhəli hadisə yerindən qaçıb.
Məlumata görə, çobanlar onu örüş sahəsində gedərkən görüblər.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.