Ru
19:42 / 26 Avqust 2026

Çəmbərəkdə qərargah rəisi həbs edildi

Çəmbərəkdə qərargah rəisi  həbs edildi
Eye

Avqustun 19-da Çəmbərək yolunda baş verən qəza ilə əlaqədar başlanmış cinayət işi çərçivəsində 1 nəfər barəsində Ermənistan Cinayət Məcəlləsinin 549-cu maddəsinin 3-cü bəndi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə cinayət işi başlanıb.

"Bakupost" Unikal.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Cinayət Axtarışı İdarəsinin mətbuat katibi Kima Avdalyan bildirib ki, sözügedən şəxs məhkəməyə gətirilmək üçün həbs edilib.

O, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin qərargah rəisidir.

"İlkin istintaq zamanı maşın vuran 7 əsgərin axşam saatlarında Çəmbərəkdən Vahan kəndinə gedən yolda niyə gecə saatlarında qaçdıqlarını müəyyən edilib.

Məsələ burasındadır ki, əsgərlər hərbi hissənin yeməkxanasında ucadan danışıblar və qərargah rəisi onları Çəmbərək şəhərindən Vahan kəndinə aparan yolda qaçmağa məcbur edərək cəzalandırmaq qərarına gəldi. Hüquq-mühafizə orqanlarının əməkdaşları qərargah rəisinin tətbiq etdiyi cəzanın qanunla müəyyən edilmiş ordu nizamnaməsində olmadığını aşkar ediblər. Üstəlik, qərargah rəisi əsgərləri bu cür cəzaya məruz qoymaqla onların təhlükəsizliyini təmin etməyib və nəticədə 7 əsgər qəzaya uğrayıb, onlardan biri isə ölüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar