Ru
16:43 / 14 Oktyabr 2026

Cənubi Qafqazda inflyasiya və işsizlik proqnozu: Gələn il bizi nə gözləyir?

Cənubi Qafqazda inflyasiya və işsizlik proqnozu: Gələn il bizi nə gözləyir?
Eye

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan, Gürcüstan və Ermənistan üçün 2027-ci ilə qədər iqtisadi proqnozunu açıqlayıb.

“Bakupost” xəbər verir ki, ekspertlərin proqnozlarına görə, Ermənistanda real ÜDM artımı həm 2026, həm də 2027-ci illərdə 5,5 faiz, Gürcüstanda 2026-cı ildə 7,2 faiz, 2027-ci ildə isə 5,7 faiz, Azərbaycanda isə 2026-cı ildə 1,7 və 2027-ci ildə 2,3 faiz olacaq.

Ermənistanda cari ildə işsizliyin 12,8, 2027-ci ildə 12,7 faiz, Azərbaycanda 2026-cı ildə 5,3 faiz və 2027-ci ildə 5,2 faiz, Gürcüstanda isə həm 2026, həm də 2027-ci illərdə 13,9 faiz olacağı proqnozlaşdırılır.

Azərbaycanda istehlak qiymətlərinin 2026-cı ildə 5,8 faiz və 2027-ci ildə 5,6 faiz, Ermənistanda müvafiq olaraq 4,6 və 3,6, Gürcüstanda isə 5,4 və 3,6 faiz artacağı proqnozlaşdırılır.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar