Ru
23:35 / 04 Aprel 2026

Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO

Çəpiş ətinə tələbat niyə artıb? -  VİDEO
Eye

Son dövrlərdə ət bazarlarında çəpiş ətinə marağın kəskin artması müşahidə olunur.

Bakupost.az Xəzər TV-yə istinadla xəbər verir ki, tələbatın çoxalması qəssabların da bu heyvanın kəsiminə marağını artırıb.


Hazırda çəpiş ətinin qiyməti satış yerindən asılı olaraq dəyişir və bəzi hallarda quzu əti ilə eyni səviyyəyə çatır. Satıcılar bildirirlər ki, bu ətin əsas üstünlüyü onun yumşaqlığı və spesifik dadındadır. Heyvanın yaşı və çəkisi ətin keyfiyyətinə birbaşa təsir edən əsas amillərdir. Qəssabların sözlərinə görə, çəpiş müəyyən çəkiyə çatdıqdan sonra kəsim üçün daha uyğun hesab olunur.

Çəpiş ətinin digər bir xüsusiyyəti isə pəhriz əhəmiyyətli olmasıdır. Satıcılar qeyd ediblər ki, arterial təzyiqdən əziyyət çəkən şəxslər daha çox bu əti almağa üstünlük verirlər. Çəpiş ətinə maraq adətən payız-qış mövsümündə pik həddə çatır.

Ekspertlər və satıcılar yaxın aylarda tədarükün artması ilə əlaqədar qiymətlərin nisbətən enəcəyini proqnozlaşdırırlar.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar