ABŞ, Ermənistan və Azərbaycan liderlərinin görüşündə imzalanacaq çərçivə sənədi ABŞ silahlı qüvvələrinin regionda sülhməramlı fəaliyyətlərdə iştirakını nəzərdə tutur.
Bakupost.az xəbər verir ki, bu iddia ilə “Vaşinqton Post” çıxış edib.
“Prezident Donald Tramp cümə günü Ermənistan və Azərbaycan liderlərini Ağ Evdə qarşılamağa və 40 ildir davam edən qanlı silahlı münaqişədən sonra Cənubi Qafqaz qonşuları arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş sülh sazişinin imzalanmasına sədrlik etməyə hazırlaşır”, - qəzet yazır.
Asena,
BakuPost