Ru
21:42 / 06 Avqust 2025

Çərkəz faciəsi: Tarix, sənədlər, faktlar - VİDEO

Çərkəz faciəsi: Tarix, sənədlər, faktlar - VİDEO
Eye

Rusiyanın Qafqaz işğalı tarixi qanlı ekspansiya xronikasıdır.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Caliber"in YouTube kanalının yeni buraxılışında bəhs olunur.

Bildirilir ki, "mədəniyyət gətirmək" və "nizam-intizam yaratmaq" bəhanəsi altında imperiya amansız şəkildə cənuba doğru irəliləyir və yerli xalqların amansız müqaviməti ilə üzləşirdi.

"Onlarca etnosun, dilin və dinin əsrlər boyu bir arada yaşadığı Qafqaz, davamlı müharibələr, deportasiyalar və etnik təmizləmələr meydanına çevrildi. Rusiya imperiyası üçün bu, Avropa ilə Asiya arasındakı strateji keçidə nəzarəti uğrunda mübarizə idi. Qafqaz xalqları üçün isə yaşamaq uğrunda mübarizə. Qafqaz müharibəsi adlandırılan Rusiya imperiyasının Şimali Qafqazı tabe etmək üçün apardığı hərbi əməliyyat 1817-ci ildən 1864-cü ilə qədər davam etdi və Rusiya tarixinin ən uzun müharibəsinə çevrildi. Bu müharibə kütləvi qırğınlarla, məcburi köçürülmələrlə və faktiki olaraq bütöv Qafqaz xalqlarının məhv edilməsi ilə nəticələndi. Xüsusilə də çərkəzlərə qarşı törədilən soyqırım, miqyasına və vəhşiliyinə görə XIX əsrin ən qanlı insanlıq əleyhinə cinayətlərindən biri kimi tarixə düşdü", - süjetdə vurğulanır.

Daha ətraflı "Caliber"in videomaterialında:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar