Tanınmış türk kino və teatr aktyoru Çetin Tekindorla bağlı pərəstişkarlarını üzən bir xəbər yayılıb.
“Bakupost” Türkiyə KİV-ə istinadən xəbər verir ki, 81 yaşlı aktyor bir müddətdir xəstəxanada müalicə alır.
Məlumata görə, aktyor səhhəti səbəbindən “Çirkin” serialının çəkilişlərində iştirak edə bilməyib. Tekindorun yoxluğunda Ökkeş Karataş obrazını canlandırmaq üçün təcrübəli aktyor Tamer Leventlə müqavilə bağlanıb.