Ru
18:05 / 19 Avqust 2025

“Çətinliklər ona bir cəngavərlik ruhu, mübarizə eşqi aşılamışdı” - Sabir Rüstəmxanlı

“Çətinliklər ona bir cəngavərlik ruhu, mübarizə eşqi aşılamışdı” - Sabir Rüstəmxanlı
Eye

“Görkəmli söz ustası, şair, nasir, istimai xadim, əziz dostum Məmməd İsmayılın vəfatı xəbəri məni sarsıtdı. Ağır xəstəydi, amma ümid sona qədər üzülmür…”

Bakupost.az xəbər verir ki, bu sözlər Xalq şairi Sabir Rüstəmxanlının sosial şəbəkə hesabındakı paylaşımında qeyd edilib.

Onun sözlərinə görə, uşaqlığı müharibənin, atasızlığın, təkliyin, ehtiyacın sıxıntısı içində keçsə də sınmadan, ümidini itirmədən, qarşısına çıxan əngəlləri aşa-aşa yaşamaq ona bir cəngavərlik ruhu, mübarizə eşqi aşılamışdı.

“Şeirlərinin və nəsrinin əsas gücü və orijinallığı da bu ruhdadır. Gur poetik səsi Azərbaycanın sərhədlərini aşaraq, uzaq ölkələrə çatırdı. Dillər əzbəri olan bir çox şeri dilimiz və ədəbiyyatımız var olduqca yaşayacaqdır. Bizi uzun illərin sarsılmaz dostluğu bağlayırdı. Anası “sən Məmmədin kiçik qardaşısan” deyirdi. Anam onu öz oğullarından ayırmırdı. Təəssüf ki, Azərbaycanda olmamağım Bakıdan Tovuza, çox sevdiyi Əsrik kəndinə gedən yolda ona “yoldaş” olmağıma, onu son mənzilə yola salmağıma imkan vermədi. Bütün övladlarına, nəvələrinə, yaxınlarına səbr diləyirəm. Səni dünyaya gətirən ananın yanında rahat uyu, Məmməd!”,- deyə xalq şairi əlavə edib.

Qeyd edək ki, ötən ilin yanvar ayında Sabir Rüstəmxanlı Məmməd İsmayılı evinə ziyarətə getmiş və onunla müsahibə etmişdi. Olduqca maraqla qarşılanın həmin müsahbəni təqdim edirik:


Ayxan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar