Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava baş verib. Hadisəyə görə 9 nəfər saxlanılıb, onların arasında deputar Arzuxan Əlizadənin oğlu Əhməd də var.
"Bakupost" Xitab24.az-a istinadla xəbər verir ki, saxlanılanlardan biri də Xəyyam Səfixanovdur.
Tanınmış idmançı, universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olan Xəyyam Səfixanov daha əvvəl də məhkumluq həyatı yaşayıb.
Qeyd edək ki, X.Səfixanov 2021-ci ildə də həbs edilib. Həmin vaxt onun üzərindən narkotik vasitə aşkarlanmışdı. 2017-ci ildə isə X.Səfixanov Bakının Nərimanov rayonunda baş verən silahlı insidentə görə həbs edilmişdi. Həmin vaxt idmançıya 2 il 6 ay həbs cəzası verilmişdi.