Ru
17:24 / 26 May 2026

Cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş təşkil edildi - FOTO

Cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş təşkil edildi - FOTO
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə tədbirlər planının icrası işlərinin davamı olaraq, 4 saylı cəzaçəkmə müəssisəsində cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş keçirilib.

Bakupost.az xəbər verir ki, görüşdə Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.

Onların da cəza müddəti başa çatdıqdan sonra qurum tərəfindən ailələrinə səfərlər təşkil ediləcəyi və sosial xidmətlərə olan tələbatının qiymətləndiriləcəyi bildirilib. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq sosial-psixoloji, sosial-hüquqi və sosial-məsləhət yardımı ilə təmin ediləcəkləri diqqətə çatdırılıb.

Məhkumları maraqlandıran suallar cavablandırılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar