Ru
15:40 / 25 İyul 2026

ChatGPT-də problem yarandı, araşdırmalar başlandı

ChatGPT-də problem yarandı, araşdırmalar başlandı
Eye

Dünyanın müxtəlif ölkələrində istifadəçilər ChatGPT xidmətinə girişdə problemlərlə üzləşiblər.

"Bakupost" xəbər verir ki, ABŞ, Avropa, Hindistan, Yaponiya, Avstraliya və digər ölkələrdən minlərlə şikayət daxil olub.

OpenAI də nasazlığın baş verdiyini təsdiqləyib. Şirkətin səhifəsində bildirilib ki, mütəxəssislər problemin səbəblərini araşdırır, lakin hələlik nasazlığın mənbəyi və xidmətin tam bərpa olunacağı vaxt açıqlanmayıb.

İstifadəçilərin üzləşdiyi əsas problemlər bunlardır:
hesaba daxil ola bilməmək;

identifikasiya (autentifikasiya) xətaları;

söhbət tarixçəsinin görünməməsi;

hesabdan avtomatik çıxış edilməsi;

sorğu göndərərkən "Xidmət əlçatan deyil" bildirişinin görünməsi;

mövcud dialoqların yüklənməməsi.

X sosial şəbəkəsində də çoxsaylı istifadəçilər əvvəlki yazışmaları aça bilmədiklərini, həm veb-versiyada, həm də mobil tətbiqdə problemlərin yarandığını bildiriblər.

Qeyd edək ki, bu, son günlər OpenAI platformasında baş verən ikinci iri nasazlıqdır. Bundan əvvəlki insident ChatGPT, Codex və API xidmətlərini əhatə etmiş, problemin aradan qaldırılması isə təxminən bir sutka çəkmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar