Ru
14:27 / 26 Avqust 2026

“ChatGPT Plus”da yeni limit

“ChatGPT Plus”da  yeni limit
Eye

“OpenAI”, “ChatGPT Plus” istifadəçiləri üçün 5 saatlıq istifadə limitini yenidən tətbiq edir.

“Bakupost” xəbər verir ki, yeni limit 25 avqustdan etibarən “Codex” və “ChatGPT Work” istifadəsinə şamil olunacaq. İstifadəçilər həm 5 saatlıq, həm də həftəlik limitlə qarşılaşacaqlar.

Limitə çatan istifadəçilər müddətin yenilənməsini gözləyə və ya əlavə kredit alaraq istifadəyə davam edə biləcəklər.

“OpenAI” bildirib ki, dəyişiklik hesablama yükünü daha balanslı bölüşdürmək və “Plus” istifadəçilərinə həftəlik daha yüksək istifadə imkanı yaratmaq məqsədi daşıyır.

Şirkətin 100 və 200 dollarlıq “Pro” planlarında isə yaxın aylarda 5 saatlıq limit tətbiq edilməyəcək.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar