“ChatGPT”nin yaddaş funksiyası ilə bağlı araşdırma süni intellektin istifadəçilər haqqında şəxsi məlumatlar və psixoloji qənaətlər saxladığını ortaya qoyub.
“Bakupost” xəbər verir ki, 80 istifadəçinin 2050 yaddaş qeydinin təhlil edildiyi araşdırmaya əsasən, məlumatların 52 faizi şəxsi xüsusiyyətlər, məqsədlər, motivasiyalar və əhval-ruhiyyə ilə bağlıdır. Qeydlərin 28 faizi isə sağlamlıq, münasibət statusu və məkan kimi şəxsi məlumatları əhatə edir.
Araşdırmada yaddaş qeydlərinin 84 faizinin istifadəçilərin açıq şəkildə bildirdiklərinə, 16 faizinin isə süni intellektin çıxardığı nəticələrə əsaslandığı bildirilib. Qeydlərin 96 faizi istifadəçilərin xüsusi olaraq yadda saxlamağı istəmədiyi məlumatlardan ibarət olub.
Tədqiqat “ChatGPT”nin yazı sürətini və dayanma müddətlərini gizlicə izlədiyini təsdiqləmir.
Vüsalə Hüseynova,
BakuPost