Ru
13:13 / 14 Oktyabr 2026

“Chevrolet”dən sürücüsüz hərbi maşın - FOTO

“Chevrolet”dən sürücüsüz hərbi maşın  - FOTO
Eye

“Chevrolet Silverado 3500HD” bazasında hazırlanan sürücüsüz hərbi avtomobil konsepti təqdim edilib.

“Bakupost” xəbər verir ki, “GM Defense” şirkətinin “AUSA 2026” sərgisində nümayiş etdirdiyi avtomobil logistika daşımaları və yaralıların təxliyəsi üçün nəzərdə tutulub.

Konsept 100 kVt/saatlıq batareya və təxminən 3,6 ton yükdaşıma qabiliyyətinə malikdir. Avtomobilin hərəkəti “Scout AI” şirkətinin avtonom idarəetmə sistemi vasitəsilə təmin olunur.

Prototipin 2027-ci ilin iyun ayına qədər ordunun istifadəsinə hazır vəziyyətə gətirilməsi planlaşdırılır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar