Məhkəmə tərəfindən müvəqqəti olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul şöbəsinin rəhbəri təyin edilən Gürsel Tekin partiya ofisinə gəlib və jurnalistlərə açıqlama verib.
Toplaşan insanlar Gürsel Tekini fitə basıblar, hətta üzərinə su şüşəsi atıblar.
O, etiraz edənlərin CHP ilə heç bir əlaqəsinin olmadığını deyib. Tekin həmçinin bildirib ki, İstanbul təşkilatının rəhbərliyi, o cümlədən Özgür Çelik CHP üzvlərinin öz şikayətləri əsasında məhkəmə qərarı ilə vəzifədən kənarlaşdırılıb, hakim partiyanın müdaxiləsi ilə deyil:
“Mənim namizədliyimi də CHP üzvləri təklif edib. Biz kənardan təyin olunmuş idarəçilər deyilik. Əgər etiraz etmək istəyirdinizsə, Esenyurt və Şişli rayonlarına kənardan idarəçi təyin ediləndə etiraz edərdiniz. Hamı bilməlidir ki, mən heç kimə boyun əymərəm.”
Aysel,
BakuPost