Ru
20:58 / 28 İyul 2026

CIA və "Mossad" Müctəba Xameneinin izinə düşdü

CIA və "Mossad" Müctəba Xameneinin izinə düşdü
Eye

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və İsrailin xarici kəşfiyyat xidməti "Mossad" İranın ali rəhbəri Müctəba Xameneinin yerini müəyyənləşdirmək məqsədilə birgə əməliyyat həyata keçirir.


"Bakupost" xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, əməliyyatın məqsədi Müctəba Xameneini zərərsizləşdirmək deyil. Kəşfiyyat xidmətləri onun sağ olub-olmadığını, harada yerləşdiyini və sağlamlıq vəziyyətini müəyyən etməyə çalışırlar.

Məlumata görə, Müctəba Xamenei fevralın 28-dən bəri elektron rabitə vasitələrindən istifadə etmədiyi üçün əməliyyatda yalnız yerli agentlərdən yararlanılır.

Ekspertlərin fikrincə, Xameneinin tamamilə xarici dünya ilə əlaqəsiz qalması mümkün deyil. CIA və "Mossad" onun yazılı mesajlarını çatdıran kuryerləri izləməklə əlaqə zəncirini müəyyənləşdirməyə çalışırlar. Qəzetin iddiasına görə, xüsusi xidmət orqanları Xamenei ilə əlaqədə olan şəxslərdən birini əməkdaşlığa cəlb etməyə ümid edirlər. Bildirilir ki, onun olduğu yeri yalnız İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki və ya üç üzvü bilir.

Məqalədə həmçinin qeyd olunur ki, martın 13-də ABŞ müdafiə naziri Pit Heqset Müctəba Xameneinin yaralandığını və üz nahiyəsindən ciddi xəsarətlər almış ola biləcəyini bildirmişdi.

Bundan əvvəl isə "The New York Times" mənbələrə istinadən yazmışdı ki, Müctəba Xamenei atası Əli Xameneinin dəfn mərasimində ilk dəfə ictimaiyyət qarşısına çıxmaq istəsə də, təhlükəsizlik xidməti buna icazə verməyib.

Qeyd edək ki, bu məlumatlar "The Times", "CNN" və "The New York Times"ın anonim mənbələrə əsaslanan iddialarıdır və onların müstəqil təsdiqi təqdim olunmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar