Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib.
"Bakupost" xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb.
Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib.
Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Melissa Vomerlə evlənib və həmin il qızı Ceyn dünyaya gəlib. Cütlük 1995-ci ildə boşanıb. Aktyor 1996-cı ildə "Axmaq və daha axmaq" filmindəki tərəf müqabili Loren Holli ilə evlənib, lakin bu nikah da bir il sonra bitib.
2010-cu ildə Kerrinin nəvəsi dünyaya gəlib. Aktyor Min Ha ilə isə ilk dəfə 2022-ci ildə Los-Ancelesdə birlikdə görüntülənib.