Ru
15:32 / 21 Sentyabr 2026

Çin-ABŞ arasında savaş başlaya bilərdi - Süni intellektin bir səhvinə görə

Çin-ABŞ arasında savaş başlaya bilərdi - Süni intellektin bir səhvinə görə
Eye

Süni intellekt sisteminin hazırladığı səhv kəşfiyyat məlumatı ABŞ və Çin arasında hərbi qarşıdurmaya səbəb ola bilərdi.

“Bakupost” xəbər verir ki, ABŞ ordusunun Orta Şərqdəki Çin gəmisinə dair hazırladığı hesabatda gəminin nüvə silahı proqramında istifadə olunan materiallar daşıdığı bildirilib.

Bu məlumat əsasında gəmini dayandırmaq üçün əməliyyat planlaşdırılıb. Lakin əməliyyatdan qısa müddət əvvəl hesabat yenidən yoxlanılıb və məlumatın süni intellekt tərəfindən səhv təhlil edildiyi müəyyənləşdirilib.

Məlumata görə, kəşfiyyat analitiki gəminin yük manifestini qiymətləndirmək üçün süni intellekt çatbotundan istifadə edib. Sistem yükü səhv tanıyaraq onun nüvə silahı proqramına aid olduğunu bildirib.

Daha sonra bu nəticə əsasında rəsmi kəşfiyyat hesabatı hazırlanaraq hərbi bölmələrə göndərilib.

Mütəxəssislər bildirirlər ki, süni intellektin səhv məlumatlarının lazımi yoxlama aparılmadan hərbi qərarlarda istifadə olunması ciddi risklər yarada bilər.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar