Ru
23:19 / 22 İyun 2026

Çin xarici işlər naziri İran Təhlükəsizlik Şurasının nümayəndəsi ilə görüşdü

Çin xarici işlər naziri İran Təhlükəsizlik Şurasının nümayəndəsi ilə görüşdü
Eye

Çinin xarici işlər naziri Van İ Hindistanın paytaxtı Yeni Dehlidə İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Nizamipur ilə görüş keçirib.

Bakupost.az İSNA-ya istinadla xəbər verir ki, Çin Anlaşma Memorandumunun imzalanmasından sonra Pakistan və Qətərin vasitəçiliyi ilə İran və ABŞ arasında növbəti məsləhətləşmələrin başlamasını alqışlayıb.

Pekin, eləcə də tərəflərin danışıqların növbəti mərhələsinin mexanizmi üzrə əldə etdiyi konsensusu dəstəkləyib.

Van İ regional sülh və sabitliyin bərpasında yardımı davam etdirməyə və konstruktiv rol oynamağa hazır olduğunu bəyan edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar