Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə
"Bakupost"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bildirilir ki, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində "Çinarlı Park" yaşayış kompleksindəki yanğın məhdudlaşdırılıb.