Ru
20:17 / 09 İyul 2026

Çində dəhşətli yanğın: 28 nəfər öldü - VİDEO

Çində dəhşətli yanğın: 28 nəfər öldü - VİDEO
Eye

Çinin Futszyan əyalətinin Tszintszyan şəhərində yerləşən ayaqqabı fabrikində dəhşətli yanğın baş verib.

"Bakupost" xəbər verir ki, bu barədə Tayvanın CNA agentliyi Çinin dövlət mediasına istinadən məlumat yayıb.

Hadisə iyulun 9-da günorta saatlarında "Huiteng" müəssisəsinin istehsal sexlərində qeydə alınıb.

İnternetdə yayılan kadrlarda binanın üstündə qatı qara tüstü dumanının qalxdığı və yanğınsöndürənlərin alovla mübarizə apardığı görünür.

İlkin yoxlamalar zamanı məlum olub ki, yanğının mərkəzi istehsalat binasının birinci mərtəbəsində yerləşib. Hadisə nəticəsində 28 nəfər ölüb.

Çin lideri Si Cinpin baş vermiş yanğın hadisəsinə xüsusi diqqət ayıraraq, təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verib.

"İnsanların axtarışı və xilas edilməsi, hadisənin nəticələrinin aradan qaldırılması üçün bütün qüvvələr səfərbər olunmalı, hadisənin səbəbləri ən qısa müddətdə müəyyənləşdirilməli və təqsirkarlar sərt şəkildə cəzalandırılmalıdırlar", - deyə Cinpin bildirib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar