Ru
20:27 / 15 Sentyabr 2026

Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə

Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə
Eye

Sentyabrın 15-dən etibarən Çinə giriş-çıxışla bağlı yenilənmiş qaydalar qüvvəyə minib. Yeni reqlament dövlətin suverenliyini və təhlükəsizliyini təmin etmək məqsədilə bir neçə yeni məhdudiyyət tətbiq edir.

"Bakupost" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının müvafiq fərmanı ölkəyə gələn və gedən şəxslərin qanuni hüquq və mənafelərinin qorunması, habelə milli suverenliyin, təhlükəsizliyin və inkişaf maraqlarının təmin edilməsi üçün qəbul olunub.

Sənədə əsasən, Çin hökuməti müəyyən ölkələrə və regionlara səfər edərkən yarana biləcək risklər barədə xəbərdarlıqlar dərc edəcək. Həm Çin vətəndaşları, həm də onların çıxış sənədlərinə baxan dövlət qurumları bu xəbərdarlıqları rəhbər tutmalıdırlar. Xaricdəki vəziyyət orada baş verən hadisələr, o cümlədən ehtimal olunan silahlı münaqişələr, təbii fəlakətlər, texnogen qəzalar və yoluxucu xəstəliklərin yayılması əsasında qiymətləndiriləcək.

Ehtiyac yarandıqda miqrasiya orqanları ÇXR və digər dövlətlərin vətəndaşlarından səfərin məqsədi barədə əlavə sənədlər tələb edə biləcəklər. Yanlış məlumat verildiyi təqdirdə, hakimiyyət orqanları onların ölkədən çıxışına qadağa qoya bilər. Bundan əlavə, yeni fərmana əsasən, əgər Çin vətəndaşları xaricdə hüquqpozmaya yol verərlərsə, onların ölkəni tərk etməsi altı aydan üç ilə qədər müddətə qadağan oluna bilər.

Xüsusi bir müddəada o da qeyd olunur ki, Çin vətəndaşları mal və texnologiyalara dair ixrac nəzarəti tədbirlərini pozduqda və ya "milli texnoloji təhlükəsizliyə" təhdid yaratdıqda, onların xaricə getməsi qadağan edilə bilər.

Qaydalarda bildirilir ki, vizaların rəsmiləşdirilməsi və ya Çin sərhədini keçərkən yalan məlumatlar və ya saxta sənədlər təqdim edilərsə, xarici vətəndaşların ölkəyə girişinə bir ildən beş ilə qədər qadağa qoyula bilər.

Bununla yanaşı, qaydalar giriş və çıxış sənədlərinin rəsmiləşdirilməsində qanunsuz vasitəçilik xidmətlərinin göstərilməsi, əcnəbilər üçün saxta dəvətnamələrin hazırlanması, eləcə də müvafiq lisenziya olmadan bu cür qanunsuz fəaliyyətin təşkili üçün 5 mindən 50 min yuana (740-7 500 dollara qədər) qədər cərimələr nəzərdə tutur. Eyni zamanda xarici şirkətlər tərəfindən belə xidmətlərin göstərilməsi qadağandır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar