Ru
18:58 / 18 Oktyabr 2025

Çingiz Abdullayev: “İndi əsl kişi tapmaq çətindir” - VİDEO

Çingiz Abdullayev: “İndi əsl kişi tapmaq çətindir” - VİDEO
Eye

“Atam həmişə öyrədirdi ki, ailədə birinci adam qadın olmalıdır”.

Bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev iş xanımı Ruhiyyə Əliyevanın “Rekord TV”də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində deyib.

Ç. Abdullayev atasının fikirlərini yada salaraq bildirib ki, evdəki məsələlərlə qadın məşğul olmalıdır:

“Deyirdi ki, sən “uşaqları necə yedizdirim”, “necə geyindirim” kimi məsələlərə qarışırsansa, kişi deyilsən. Get, küçədə pulunu qazan. Evdə sahib qadın olmalıdır. Bunu dediyim üçün də üstümə düşəcəklər. Əgər xoşbəxt olmaq istəyirsənsə, qoy, ailədə hər şeyi qadın həll etsin. Vaxtilə deyirdilər ki, evlilik üçün qız tapmaq çətindir. İndi isə belə deyil. Əksinə, əsl kişi tapmaq çətindir. Bir qadın mənə dedi ki, əsl kişilərdən qalmayıb. Bir misal var, deyirlər, əsl bəylər atlarla gəlirdilər, indi bəylər yoxdur, yalnız atlar qalıb”. (Olay)



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar