Ru
21:30 / 06 Avqust 2026

Çölə 12 min ton portağal qabığı tökdülər – 16 il sonra...

Çölə 12 min ton portağal qabığı tökdülər –  16 il sonra...
Eye

Kosta-Rikada kənd təsərrüfatı tullantılarının təbiətə faydalı şəkildə qaytarılması məqsədilə həyata keçirilən qeyri-adi layihə 16 il sonra gözlənilməz nəticə verib.

"Bakupost" “Yeni Sabah”a istinadla xəbər verir ki, hadisə 1997-ci ildə Kosta-Rikanın Quanakaste Milli Parkında baş verib.

Ekoloqlar Daniel Janzen və Vinni Hallvaks maldarlıq səbəbindən yararsız hala düşmüş torpaq sahəsini yenidən canlandırmaq üçün sitrus meyvələri istehsal edən şirkətlə əməkdaşlığa başlayıblar.

Layihə çərçivəsində meyvə şirəsi zavodundan çıxan təxminən 12 min ton portağal qabığı 3 hektarlıq əraziyə tökülüb. Məqsəd qabıqların zamanla çürüyərək torpağı üzvi maddələrlə zənginləşdirməsi olub.

16 il sonra tədqiqatçılar əraziyə qayıdanda böyük dəyişikliklə qarşılaşıblar. Vaxtilə quraq və yararsız olan sahə sıx meşəyə çevrilib. Burada iri ağaclar bitib, zəngin bitki örtüyü formalaşıb və müxtəlif canlı növləri üçün əlverişli mühit yaranıb.

Mütəxəssislər müəyyən ediblər ki, portağal qabığı tökülən ərazidə torpağın qida maddələri və üzvi maddə ilə zənginliyi, qabıq tökülməyən qonşu sahələrlə müqayisədə xeyli artıb.

Alimlərin sözlərinə görə, portağal qabıqları çürüdükcə torpağın quruluşunu yaxşılaşdırıb, faydalı mikroorqanizmlərin və həşəratların çoxalmasına, yerli bitkilərin sürətlə inkişaf etməsinə şərait yaradıb. Eyni zamanda, yaranan qalın üzvi təbəqə zərərli alaq otlarının yayılmasının da qarşısını alıb.

Mütəxəssislər bildirirlər ki, hər ekosistemdə eyni nəticəni gözləmək olmaz. Bununla belə, Kosta-Rikada aparılan bu təcrübə üzvi tullantıların düzgün istifadə edildiyi halda təbiətin bərpasına ciddi töhfə verə biləcəyini göstərib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar