Crescent Mallda həyəcan siqnalı verilib.
"Bakupost" “Yeni Sabah”a istinadla xəbər verir ki, Ticarət Mərkəzində hər kəs təxliyə olunub.
Ərazidə olan şəxslər siqnalın artıq söndürüldüyünü deyib. Siqnalizasiya qurğusunun hansı səbəbdən işə düşdüyü bəlli deyil. Təşvişə düşən ziyarətçilər və Ticarət Mərkəzinin əməkdaşları qısa müddətə binanı tərk ediblər. Hazırda əməkdaşların iş yerlərinə qayıtdığı bildirilir. Binanın mühafizəçiləri isə təşvişə ehtiyac olmadığını bildiriblər.