Ru
13:35 / 04 Avqust 2026

Culfanın yeni icra başçısı kimdir? - DOSYE

Culfanın yeni icra başçısı kimdir?  - DOSYE
Eye

Prezident İlham Əliyevin sərəncamı ilə Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

"Bakupost" Bakıvaxtı.az-a istinadla xəbər verir ki, dövlət başçısının digər sərəncamına əsasən, Naim Cahidzadə Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Naim Cahidzadə 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olub. 1995-2006-ci illərdə Şahbuz rayon Kolanı kənd tam orta məktəbində orta təhsil alıb. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili, 2011-2014-cü illərdə eyni ixtisas üzrə magistratura təhsili alıb. 2016-2019-cu illərdə AMEA Naxçıvan bölməsinin dissertantı olub.

Naim Cahidzadə 2024-cü il fevralın 21-dən etibarən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı. O bu vəzifədə olduğu müddətdə rayonun sosial-iqtisadi inkişafı, yerli idarəetmənin təşkili, infrastruktur və sosial məsələlərin həlli istiqamətində fəaliyyət göstərib.

Yeni sərəncamla Naim Cahidzadə fəaliyyətini Naxçıvanın digər mühüm inzibati ərazilərindən biri olan Culfa rayonunda davam etdirəcək.

Qeyd edək ki, Culfa rayonu Naxçıvan Muxtar Respublikasının strateji və iqtisadi baxımdan əhəmiyyətli bölgələrindən biridir. Rayonun inkişafı, sosial layihələrin icrası və yerli problemlərin həlli yeni təyin olunan icra başçısının qarşısında duran əsas vəzifələr sırasında olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar