Ru
18:00 / 14 May 2026

“Daçnik” çimərliyinə axan kanalizasiya suyudur? - Rəsmi açıqlama - VİDEO

“Daçnik” çimərliyinə axan kanalizasiya suyudur?  - Rəsmi açıqlama - VİDEO
Eye

Bakının dənizkənarı istirahət zonalarından biri olan Bilgəhdə yerləşən “Daçnik” çimərliyinə kanalizasiya suları axıdıldiğı iddia olunur.

“Bakupost” xəbər verir ki, bu barədə Patrul.az saytı məlumat yayıb.

Məlumata görə, çirkab suları ərazidəki fərdi yaşayış evləri və iaşə obyektlərindən çəkilən borular vasitəsilə birbaşa insanların çimdiyi sahil xəttinə axıdılır.

İddialara görə, qəsəbədə yerləşən bağ evlərinin, villaların və fərdi mülklərin böyük hissəsində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmadığından sakinlər və obyekt sahibləri tullantı sularını xüsusi çənlərə (şambolar) toplamaq əvəzinə, asan yolu seçərək dənizin içinə uzanan fərdi borular vasitəsilə birbaşa Xəzərə ötürürlər.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən aparılan monitorinqlər zamanı Xəzər dənizinin Bilgəh çimərliyi ərazisində diametri 1000 mm olan “AZBES” boru vasitəsilə dənizə axın olduğu məyyən olunub:

“İlkin vizual baxış zamanı sözügedən axarın qrunt sularından formalaşdığı təxmin edilərək axıdılan suyun tərkibinin dəqiqləşdirilməsi məqsədilə analiz nümunəsi götürülərək laboratoriyaya təqdim olunub.
Həmçinin sözügedən boruya qoşulma hallarının müəyyən olunması məqsədilə borunun hərəkət istiqamətində keçirilən baxış zamanı hər hansı müəssisədən və ya fərdi yaşayış evindən qoşulma halına rast gəlinməyib.

Laborator analiz nəticələri məlum olduqdan sonra qanunamüvafiq tədbirlərin görülməsi təmin edilərək mətbuata əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilib.

Lalə Novruz, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar