Ru
09:57 / 13 Avqust 2026

Daha bir əfsanə Bakıya gəlir

Daha bir əfsanə  Bakıya gəlir
Eye

Azərbaycanlı iş adamı Emin Ağalarov Xəzər sahilində yerləşən “Sea Breeze” layihəsində “Nobu Hotel”in açılışda məşhur Hollivud aktyoru Robert De Nironun iştirak edəcəyini açıqlayıb.

"Bakupost" Modern.az-a istinadən xəbər verir ki, Emin Ağalarov bu barədə qazaxıstanlı məşhur biznesmen və bloger Beybit Əlibəyovun videomüsahibəsi zamanı danışıb.

İş adamı “Sea Breeze”də həyata keçiriləcək yeni layihənin “Nobu” brendi ilə əməkdaşlıq çərçivəsində reallaşdırılacağını bildirib.

Ağalarovun sözlərinə görə, kompleksin tərkibində 100 otaqlı otel, 100 apart və təxminən 6 “Nobu” villası olacaq.

“Bu, “Nobu Hotel”dir. Mənim sevimli restoranımdır. Onlar 20 ildir ki, mənim partnyorlarımdır. Moskvada vaxtilə iki “Nobu” restoranım var idi”, – deyə Ağalarov bildirib.

O qeyd edib ki, tikintiyə bu il başlanılması, paralel olaraq daşınmaz əmlakın satışına start verilməsi planlaşdırılır.

Ağalarov layihədə “Nobu SPA”, “Nobu Hotel” və “Nobu” restoranının bir kompleksdə fəaliyyət göstərəcəyini deyib.

İş adamının sözlərinə görə, layihədə daşınmaz əmlakın satış qiyməti 7 min ABŞ dollarından başlayacaq.

Xatırladaq ki, “Nobu” dünya üzrə fəaliyyət göstərən məşhur restoran və otel brendidir. Brendin yaradıcıları arasında yaponiyalı məşhur aşpaz Nobu Matsuhisa, aktyor Robert De Niro və biznesmen Meir Teper yer alır.

“Nobu” restoranları və otelləri müxtəlif ölkələrdə fəaliyyət göstərir və premium seqmentə aid edilir.

Qeyd edək ki, iş adamı ötən il də açıqlamasında səfərin bu il baş tutacağını demişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar