Ru
18:16 / 25 İyul 2025

Daha bir ölkə miqrantlarla bağlı qaydaları sərtləşdirir

Daha bir ölkə miqrantlarla bağlı qaydaları sərtləşdirir
Eye

Almaniya bir sıra miqrant proqramlarının dayandırıldığını açıqlayıb. Artıq Rusiya və Belarus müxalifətçilərinə, həmçinin Yaxın Şərqdən olan miqrantlara humanitar vizalar verməyəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, federal kollektiv qəbul proqramları dayandırılıb. Bu proqramlar miqrantların Almaniya ərazisində yerləşdirilməsinə yardım edirdi. Söhbət Almaniya hökuməti ilə əməkdaşlıq etmiş müxtəlif ölkələrdən olan şəxslərdən gedir. Onlar humanitar viza alır, təhlükəli şəraitdə olduqları əsas gətirilərək müəyyən kvota ilə qəbul olunurdular.

“Euractivin” yazdığına görə, bu proqramların dayandırılmasına səbəb Almaniya koalisiya hökuməti daxilində Taliban rejimindən təhdid görən əfqanların qəbul proqramı ilə bağlı yaranan fikir ayrılıqlarıdır. Həmin proqram çərçivəsində Almaniyaya 45 minə yaxın əfqan köçürülüb.

Lakin sonradan bu şəxslərin hamısının lazımi yoxlamalardan keçmədiyi və bəzilərinin cəmiyyət üçün potensial təhlükə ola biləcəyi ilə bağlı məlumatlar yayılıb. Bu səbəbdən ümumilikdə humanitar əsaslarla qəbul proqramları dondurulub.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar