Ru
15:12 / 03 Mart 2026

Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI

Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
Eye

Bir sıra verilişlərin bağlanması və bəzi müğənnilərə qadağa qoyulmasından sonra Azərbaycanda televiziya efir məkanında ciddi dəyişikliklər baş verib. Efirə daha çox sənəti, səsi və efir etikası ilə seçilən şəxslər dəvət olunur. Bu da Azərbaycan teleməkanına əlavə gözəllik qatmaqla yanaşı, tamaşaçıların zövqünü oxşayır. Verilişlərdə baş verən dəyişikliklər cəmiyyət tərəfindən təqdir olunur.


Bakupost.az Manset.az-a istinadən xəbər verir ki, baş verən hadisələr fonunda daha bir qrup müğənni və sənət adamına ciddi musiqini təbliğ etmədikləri, efir məsuliyyətinə diqqətsiz yanaşdıqları üçün efir qadağası qoyulub:

Vəfa Şərifova

Təranə Qumral

Musa Musayev

Pərvin Abıyeva

Əli Mirəliyev

Aytac Vidadi qızı

Meyxanaçı Samirə

Fərəh Samirəqızı

Ayan Babakişiyeva

Müjgan Ayxan

Aşıq Mübariz

Türkan Vəlizadə

Aytac Tovuzlu

Yaşar Qafanlı

Afaq Aslan

Sevil İsgəndərli

Elşən Xəzər

Elit star Cəmilə

Rəqqasə Aygün

Luna

Arzu Abdulova

İsrail Məmmədov

Günel Ələkbərova (“Pişik Günel”)

Səma Abdullayeva

Səbinə Abdullayeva

Firuzə Babayeva

Arzuxanım Həsənova

Aygül Səfərova

Niqa Yılmaz

Meydan Əsgərov

“Audiovizual Şurada televiziyaların məsul şəxsləri ilə keçirilən görüşdə hansı tapşırıqlar verilib?” sorğusuna Şura belə cavab verib:

“Ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının (redaksiyalarının) məsul şəxsləri ilə görüşdə Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətin həyatında mühüm əhəmiyyətə malik istiqamətlər üzrə qəbul olunmuş məqsədli dövlət proqramlarına, strategiya və fəaliyyət planlarına uyğun olaraq televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların icrasına dair məsələlər diqqətə çatdırılmışdır”.

Şərhlər
  • Roma

    Müğənnilərin çoxusu qadındır, ancaq 7 kişinin də adı çəkilib ki, onların da ən yaşlısı Əli Mirəliyevdir ki, 1949-cu il təvəllüdlü, 80 yaşına cəmi 3 ili qalıb, demək istəyirəm ki, ağsaqqal adamsan, sənə yaraşarmı özünü biyabır edirsən...???

  • Roma

    Bu Musanın xanımını öpməsini gərək bütün Xalq görəydimi...???

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar