Keçmiş deputat Milyaz Mirzəyev vəfat edib.
Bakupost.az lent.az-a istinadla xəbər verir ki, o, bu gün doğulduğu Qax rayonunda, 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Milyaz Mirzəyev Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı olub. 1985-ci ildə onun başçılıq etdiyi komsomolçu-gənclər briqadasından bəhs edən "Arxalı dağlar" filmi çəkilib. Filmin rejissoru Adil Ələkbərovdur.
Sənədli film 1988-ci ildə Moskvada Ümumittifaq kənd təsərrüfatı filmləri kinofestivalında ÜİXTNS-in gümüş medalına layiq görülüb.
Qeyd edək ki, bu gün istiqlalçı deputat Hacıbala Əzimov da vəfat edib.