Ru
19:10 / 16 Sentyabr 2026

Daha bir yeni yaşayış massivi qazlaşdırılır - VİDEO

Daha bir yeni yaşayış massivi qazlaşdırılır - VİDEO
Eye

Ölkə üzrə qazlaşdırılmayan kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir. Belə məntəqələrdən biri də Şəmkir rayonunun Tatarlı kəndinin yeni yaşayış massividir.

"Bakupost" xəbər verir ki, “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismarı İdarəsinin Mühəndislik və layihə şöbəsinin rəisi Emin Əliyevin sözlərinə görə, Tatarlı kəndinin genişlənən hissəsində küçə qaz xətlərinin çəkilişi layihəsi çərçivəsində müxtəlif diametrli borulardan istifadə edilməklə ümumilikdə 21 min metr uzunluğunda qaz xəttinin çəkilməsi nəzərdə tutulur. Artıq 18 min metr qaz xəttinin çəkilişi başa çatdırılıb.

Görülən işlərin sakinlər üçün əhəmiyyəti çox böyükdür. Kənd sakini Əli Əliyev deyir ki, uzun illər ərzində sözügedən yaşayış massivində mavi yanacağın olmaması xüsusilə payız-qış mövsümündə sakinlərin ciddi çətinliklərlə üzləşməsinə səbəb olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar