BakuPost "Report"a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç oktyabrın 9-da “Bəhreyn Milli Stadionu”nda Bəhreyn yığması ilə keçiriləcək yoldaşlıq oyunundan öncəki brifinqdə deyib.
"Bu oyun bəzi futbolçularımızın müxtəlif aspektlərdən nə dərəcədə hazırlıqlı olmasını müəyyənləşdirmək baxımından bizim üçün vacibdir. Təbii ki, daha çox Macarıstan millisi ilə keçirəcəyimiz oyun barədə düşünürük. Hava şəraitinin, yüksək temperaturun bizim üçün problem yarada biləcəyini düşünmürəm. İndiki halda iqlim şərtləri futbolçuların xarakter göstərməsi baxımından əhəmiyyət kəsb edir. İstənilən halda, milli komanda səviyyəsində əhəmiyyətsiz oyun olmur. Yoldaşlıq və ya seçmə mərhələ oyunu olmasından asılı olmayaraq, milli komandanın bütün qarşılaşmaları önəmlidir”, - deyə o bildirib.