Ru
14:09 / 10 İyul 2026

Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə şad xəbər

Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə  şad xəbər
Eye

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərin və məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yerləşdirilməsi ilə bağlı müvafiq dövlət orqanlarına (qurumlarına) ünvanlanan sorğulara vaxtında cavab verilməməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq ediləcək.

"Bakupost" xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Həmçinin, yuxarıda sadalananlara görə vəzifəli şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar