Ru
17:42 / 24 Oktyabr 2025

Dayə yeddi il uşaqlara işgəncə verib şəkillərini çəkdi

Dayə yeddi il uşaqlara işgəncə verib şəkillərini çəkdi
Eye

ABŞ-nin Miçiqan ştatında ağır cinayətlər törətməkdə şübhəli bilinən Qeyl Bennettə 48 ittiham irəli sürülüb.

Bakupost.az “People”a istinadən xəbər verir ki, 63 yaşlı dayə 24 dəfə birinci dərəcəli, 12 dəfə ikinci dərəcəli seksual təcavüz və 12 dəfə hücumda günahlandırılır.

Miçiqan ştatı polisi Bennettə qarşı araşdırmanı oktyabr ayının əvvəlində uşaqlardan birinin anasının cinsi zorakılıq şübhəsi ilə bağlı müraciətindən sonra başlayıb. Qurbanlardan biri zorakılığın uşağın bağçaya getdiyi dövrdə başladığını deyib.

Məlumata görə, Bennett cinsi zorakılıq qurbanlarının fotolarını da çəkib.

“CBS News”un xəbərində deyilir ki, Bennett 5 milyon dollar girovla azad edilib və noyabrın 4-də yenidən məhkəməyə çıxarılacaq.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar