Ru
15:06 / 25 Avqust 2026

Dəhşətli cinayət: Arvadının gözlərini, qayınatasının canını aldı - VİDEO

Dəhşətli cinayət: Arvadının gözlərini, qayınatasının canını aldı - VİDEO
Eye

Ağdamda dəhşətli qətl hadisəsi olub. Rayonunun Səfərli qəsəbə sakini 57 yaşlı Zakir Hüseynov kürəkəni Eldəniz Qənbərov tərəfindən bıçaqlanıb.

"Bakupost" Bizim Media-ya istinada xəbər verir ki, hadisədən bir neçə gün əvvəl Eldəniz Qənbərov həyat yoldaşını döyüb. Qadın bundan sonra ata evinə gedib. Bildirilir ki, cütlüyün bundan əvvəl də ailədaxili münaqişələri olub.

Hətta Eldəniz Qənbərovun həyat yoldaşını döydüyü və qadının gözündən ağır xəsarət alaraq görmə qabiliyyətini itirdiyi iddia edilir.

Tərəflər bir müddət əvvəl məsələ ilə bağlı Xoşqədəm Hidayətqızının verilişinə də çıxıblar. Sonradan ailə barışdırılıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar